Egey dənizi zəlzələsi (2020)
Egey dənizi zəlzələsi — 30 oktyabr 2020-ci ildə Türkiyə vaxtı ilə saat 14:51-də, Yunanıstanın Samos adası və Türkiyənin İzmir vilayətinin Səfərihisar ilçəsindən 23 km məsafədə yerləşən Quşadası körfəzində 16,5 km dərinlikdə, 6.6 Mw böyüklüyündə meydana gələn zəlzələ.
Kandilli rəsədxanası zəlzələnin 6.9 Mw, AFAD 6.6 Mw, Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqatları Qurumu isə 7.0 Mw şiddətində olduğunu bildirmişdir.
== Zəlzələ ==
Əvvəllər bölgədə 2017-ci ildə 6.6, 2014-cü ildə 6.9 bal gücündə zəlzələlər olmuşdur.
=== Afterşoklar ===
Zəlzələdən sonra bölgədə ən böyüyü 5.2 Mw şiddətində olan 157 yeraltı təkan qeydə alınmışdır.
== Təsirlər ==
Mərmərə regionunun böyük bir hissəsində, xüsusilə Egey regionunun bütün şəhərlərində hiss olunan zəlzələdən sonra sunami meydana gəldi. AFAD tərəfilən verilən məlumatlara əsasən, 6 nəfər həyatını itirmiş, 257 nəfər yaralanmışdır. İzmirin Bayraqlı və Bornova ilçələrində 20-dən çox bina dağılmışdır. Yunanıstanda isə 2 nəfər həyatını itirmiş, 10 nəfər yaralanmışdır. Həmçinin Samos adasında yer alan Bakirə Məryəm kilsəsi də zərər görmüşdür.
== Yardım əməliyyatları ==
Zəlzələdən dərhal sonra Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca hadisə yerinə təxminən 40 təcili yardım avtomobili, 35 xilasetmə qrupu və iki təcili yardım vertolyotunun, Müdafiə Nazirliyindən isə bir təyyarənin ayrıldığı bildirilmişdir.